"Böyük Qayıdış" Gənclər Təşkilatı üzvlərin və Qayıdış Könüllülərinin iştirakı ilə gəmi-muzeyə ekskursiya təşkil edib
"Böyük Qayıdış" Gənclər Təşkilatı üzv gənclərin və Qayıdış Könüllülərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.
Ekskursiya zamanı gənclər bələdçilərin müşayiəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzərək gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar, əyləncəli və öyrədici oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər. Gənclər “Qarabağ Azərbaycandır” adlı interaktivi də maraqla izləyiblər.
Gəmi-muzeyi ziyarət zamanı gənclərə ASCO-nun təşəbbüsü ilə gəmi-muzeyin eksponatları əsasında hazırlanmış "Dənizçilik əlifbası" kitabı həddiyə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır