Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

"Neftçi" "Səbail"lə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

İlk turu məğlubiyyətlə başa vuran "Neftçi" və "Sabail" komandaları üz-üzə gəliblər.

"Neftçi Arena"da baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 34-cü dəqiqədə qonaqlardan Pedro Nunu açıb. 82-ci dəqiqədə Kenni Sayef penaltini dəqiq yerinə yetirək "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra ilk xallarını qazanan komandalar müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır