Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

“Gəmi modelçiliyi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Gəmi modelçiliyi” müsabiqəsi başa çatıb.

Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş müsabiqə qaliblərini peşəkar gəmi modelçiləri və gəmiqayırma mühəndisləri müəyyənləşdiriblər.

Böyüklər arasında keçirilən müsabiqənin nəticələrinə əsasən, Elxan Mehdiyevin təqdim etdiyi iş qalib olub. Vüqar Musayev ikinci, Ramiz Əliyev üçüncü yeri tutub. Nadir İsmayılov və Samir Kərimovun gəmi modelləri isə həvəsləndirici mükafata layiq görülüb.

Uşaqlar arasında keçirilən müsabiqənin qalibi Lalə Həmidzadə olub. Azad İbadlı və Mehriban Ramazanova isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə mükafat və sertifikat təqdim olunub.

Qeyd edək ki, gəmi-modelçiliyi müsabiqəsinin əsas məqsədi bu sahəyə maraq göstərənlərin yaradıcılıq stimulunu artırmaq, onlar arasında təcrübə mübadiləsi üçün səmərəli mühit yaratmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır