Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

Təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev təqaüdə gedən əməkdaşlarla görüşüb.

Rauf Vəliyev görüşdə onların dəniz nəqliyyatının inkişafındakı uzunmüddətli və səmərəli xidmətləri barədə fikirlərini bölüşərək, hər birinə minnətdarlığını bildirib. Sədr təqaüdə çıxan əməkdaşların bundan sonra da zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, eyni zamanda cəmiyyətdə dənizçi peşəsinin nüfuzunun qorunub-saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.

Təqaüdə çıxan əməkdaşlar 165 illik zəngin tarixi və ənənələri olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışmağın onlarda sonsuz qürur hissi yaratdığını deyib, bundan sonra da şirkətin ideallarına və prinsiplərinə sadiq qalacaqlarını vurğulayıblar. Onlar göstərilən diqqətə və fəaliyyətlərinə verilən dəyərə görə təşəkkürlərini bildiriblər.

Sonda görüş iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır