Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin orta gecikmə müddəti azalıb

2024-cü ilin mart ayında dünyada konteyner marşrutuna uyğunluq indeksi əvvəlki ayla müqayisədə 1,6 faiz artaraq 54,6% təşkil edib. Bununla belə, ötən ilin göstəricisi ilə müqayisədə indeks 7,9 faiz azalıb.

“Seanews.az” xəbər verir ki, orta aylıq gecikmə mart ayında 0,52 gün azalaraq 5,03 günə düşüb. Ötən ilin mart ayı ilə müqayisədə isə gecikmələr 0,03 gün azalıb.

2024-cü ilin mart ayında cədvələ uyğunluq baxımından ən etibarlısı 59,7%-lə olan “Wan Hai Lines” gəmiçilik şirkəti olub. Onun ardınca gələn “Hapag-Lloyd” və “ZIM” gəmiçilik şirkətlərinin hər birinin cədvələ uyğunluq  göstəricisi 56,1% təşkil edib.

Daha 8 daşıyıcının cədvələ uyğunluq indeksi 50%-i keçib. “PIL” 49% ilə ən aşağı uyğunluq dərəcəsinə malikdir. Ümumilikdə, 13 ən böyük xəttdən 11-i mart ayında cədvələ uyğunluğu yaxşılaşdırıb. Ən əhəmiyyətli irəliləyiş “Wan Hai”-də müşahidə olunub. Keçən ilin mart ayı ilə müqayisədə 13 ən böyük xəttin heç biri cədvələ uyğunluq indeksində artım göstərməmişdir, ən böyük azalma (18,1 faiz) isə “PIL”-da qeydə alınıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır