Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-25,
Seanews
Heyder Eliyev

Dünyanın ən güclü iki yanacaqlı gəmi mühərriki yaradılıb

Çinin “CSSC” Gəmiqayırma Korporasiyası metanol və dizel yanacağı ilə işləyən gəmi mühərriki buraxıb.

“Seanews.az” “Bolşaya Asiya”-ya istinadən xəbər verir ki, mühərrikin çəkisi təxminən 1953 ton və gücü 64,5 MVt təşkil edir.

Ağıllı idarəetmə sistemi sayəsində yeni güc qurğusu dizel yanacağı ilə işləyən oxşar mühərriklə müqayisədə CO2 emissiyalarını 7,5% azaldacaq.

Yeni gəmi mühərrikininçirklənməni benzinlə işləyən 72 min avtomobilin illik emissiyası qədər azaldacağı da iddia edilir.

Qeyd edək ki, yeni modelin ilk mühərriki 16 min TEU daşımaq üçün nəzərdə tutulmuş gəmiyə quraşdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır