Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

nyanın ən küləkli yerləri harad

Oklohoma, Atlantik okeanı,  Antarktida  və Avstraliya yaxınlığındakı kiçik bir ada dünyanın ən soyuq dörd yeri hesab olunur.  Barrow adası Avstraliyanın şimal qərb sahillərindəki bu balaca adada mütəmadi şiddətli küləklər baş verir. 10 aprel 1996-cı ildə qeydə alınan küləyin sürəti saatda 408 km olub. Dünya Metrologiya Mərkəzi bunu ən güclü külək olaraq xarakterizə edib. Bu küləyin səbəbi tropik Olivia siklonu idi. Şiddətli külək yaradan bu fırtınalar Sakit okeanın cənubunda meydana gəldiyində siklon, şimalda meydana gəldiyində tayfun, Atlantik okeanı üzərində isə qasırğa adını alır. Küləyin davamlı şiddətli olmasına görə 1961-ci ildə Nancy tayfunu ilk sırada yer alır. Sakit okeanı üzərində yaranan bu tayfun Yaponiyanı vurduğundan 170 nəfərin ölümünə səbəb olub. Bu küləyin sürəti saatda 346 km-ə  çatıb və uzun müddət sürətini qoruyub. Oklohoma Xortumlar (bir fırtınanın yerə toxunaraq irəliləməsini ehtiva edən hava) da şiddətli ani küləklərə səbəb ola bilər. Metrologiya mütəxəssisləri onu atmosfer fırtınalarının ən şiddətlisi adlandırırlar. Bu cür küləklər dünyanın bir çox yerində baş versələr də, ABŞ-ın payına daha çox düşür. Məhz, bu səbəbdən ölkənin cənub şərqindəki əyalətlər “Fırtına Ərazisi” adıyla tanınır.  Belə küləklərin ən şiddətlisindən biri 1999-cu ilin mayında Oklahomada baş verib. Həmin küləyin sürəti 486 km-ə çatıb.  Atlantik okean Günəş işığının yer üzünə fərqli ölçülərdə əks olunması bəzi bölgələri davamlı küləkli vəziyyətə gətirir. Ekvator xəttinin 30 dərəcə şimalı ilə cənubundakı paralellərdə passat küləkləri sabit əsərkən 40 dərəcədə qərb küləkləri, 60 dərəcədə isə qütblərdən şərq küləkləri başlayır. Hansı dənizçiyə soruşsanız ən şiddətli fırtınaların Atlantik okenaında çıxdığını söyləyəcək. Şimal yarım kürəsinin əksinə, Atlantik okeanında qitələrin meydana gəlməməsi qərb küləklərinin şiddətini kəsmədən davamlılıq qazanmasına səbəb olur.  Antarktida 1912-1913-cü illər  arasında aparılan müşahidələrdə Antarktikanın şərqində qurulan bir stansiyada külək sürətinin 153 km-ə çatdığı qeydə alınıb. Havanın davamlı soyuq olması ölçü alətlərinin donması və ya xarab olması problemini gündəmə gətirdiyi üçün Antarktida küləyin sürətini ölçməyi çətinləşdirən qitə olaraq bilinir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır