"Talara" tankeri və heyət üzvləri azad edilib
İran Marşall Adaları bayrağı altında üzən "Talara" neft tankerini və onun 21 nəfərlik heyət üzvünü azad edib.
Bu barədə "Report" AP-yə istinadən bildirir.
Məlumata görə, Kiprdə yerləşən "Columbia Ship Management" şirkəti ekipaj üzvləri üçün təhlükənin olmadığını bəyan edib.
"Biz onların ailələrinə məlumat vermişik və indi gəmi normal rejimdə işini davam etdirə bilər", - şirkətdən bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, gəmi, onun ekipajı, eləcə də menecerlər və sahiblərinə qarşı heç bir ittiham irəli sürülməyib.
Xatırladaq ki, noyabrın 14-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Marşall Adaları bayrağı altında üzən "Talara" neft tankerini ələ keçirərək İran sularına yönəldib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

