"ZIM" Ukrayna–İsrail arasında birbaşa konteyner daşımalarını bərpa edir
İsrailin beynəlxalq konteyner daşıyıcısı "ZIM" “Pivdennı limanı – Hayfa” marşrutu üzrə birbaşa konteyner xidmətini bərpa edir.
"Seanews.az" xəbər verir ki, bu barədə məlumatı AMEU-nun mətbuat xidməti yayıb.
Hazırda bazarda Ukrayna ilə İsrail arasında yeganə birbaşa konteyner xidməti məhz "ZIM" tərəfindən həyata keçirilir.
İlk reysin 2 dekabr 2025-ci ildə Pivdennı limanından yola düşəcəyi bildirilib.
Daşımalar çərçivəsində yüklərin İsrail–Ukrayna marşrutu üzrə 6 gün ərzində çatdırılması planlaşdırılır.
Daşıyıcı şirkət soyuducu konteynerlər, yağ, ağac, taxıl və müxtəlif qida məhsullarının daşınmasını təklif edir.
Qeyd olunur ki, "UkrAgroConsult" şirkəti təxminən 30 illik aqrar bazar təcrübəsi əsasında geniş məlumat bazası formalaşdırıb və bu baza “AgriSupp” platformasının əsasını təşkil edir. Platforma Qara dəniz və Dunay bazarları üzrə operativ məlumatlara, analitik hesabatlara və tarixi göstəricilərə çıxış imkanı yaradır.

