Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

nizçilərin dəyişilməz dostl

Qağayılar tipik sahil quşlarıdır. Qumsal və liman ətraflarında onlara çox rast gəlmək olar. Nadir hallarda dənizdən uzaqda yaşayarlar. Bu səbəbdən onlara bəzən dənizçilərin dəyişilməz dostu da deyirlər. Bu növ quşlar ölçüsünə görə böyük sayılırlar. Onların əsasən lələkləri ya boz, ya da qara rəngli olur. Qağayılar adətən balıqqulaqları, xərçəng və kiçik balıqlarla qidalanırlar. Bununla belə, onlar hər şey yeyə bilirlər. Dənizə atılan plastik tullantılar isə onları ölümünə səbəb olan əsas amillərdəndir. Ölü tapılan bir çox qağayının mədəsində tapılan tullantılar bunu sübut edir. Mədələri plastiki həzm etmədiyi üçün bu quşlar aclıq hiss etmirlər və bir müddət sonra ölürlər. Bu quşlar toplu halda yaşamağı sevirlər. Hər zaman bir yerdə istirahət edir, yem axtarır və dava edirlər. Hətta onlar bir yerdə yuva düzəltməyə üstünlük verirlər. Onlar cəsurdurlar, uzun dimdikləri və pərdəli ayaqları var. Qağayılar, xüsusilə böyük növləri bacarıqlı və son dərəcə zəkalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır