Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

anik də daxil üç gəmi qəzasından xilas olmağı bacaran əfsanəvi qadın – Violet Je

Titanik” də daxil olmaqla üç gəmi qəzasından xilas olmuş qadın kimi tarixə adını yazdıran Violet Jessop 1887-ci ildə doğulub. O, bütün ömrünü okeanlarda keçirib, illərlə gəmilərdə xadimə işləyib.   Jessop əslən İrlandiyadan olan, lakin Argentinada yaşayan Villiam və Katerina Jessop cütlüyünün ailəsində dünyaya gəlib. Ən böyükləri Violet olmaqla, ümumilikdə 9 uşağı olan cütlüyün üç övladı kiçik yaşlarında ölüb. Hətta Vieolet də uşaq vaxtı vərəm xəstəliyinə tutulur. Uzun mübarizədən sonra o, sağ qalmağı bacarır. Violetin həyatı atasının vəfatından sonra ailəsiylə birlikdə Britaniyaya köçməsi ilə dəyişir. Qısa müddətdən sonra anasını da itirən gənc qadın o dövrün məşhur şirkətlərindən sayılan “Royal Mail Line”də xadimə kimi işə başlayır.   Daha sonra Violet 20 sentyabr 1911-ci ildə lüks sərnişin gəmisi “RMS Olympic”də işə düzəlir. Səfərlərdən birində gəmi “HMS Hawke” adlı döyüş gəmisi ilə toqquşur. Böyük hissəsi suyla dolan “RMS Olympic” möcüzəli şəkildə “Southampton” limanına qayıtmağa müvəffəq olur. Beləliklə,  Violet bu məşhur qəzadan sağ çıxa bilir. Sən demə, bu, sadəcə başlanğıc imiş. Hadisənin üzərindən bir il keçməmiş Violet bu dəfə də tarixin gördüyü ən böyük gəmi qəzasına şahidlik edir. Söhbət “Titanik” qəzasından gedir. O, 10 aprel 1912-ci ildə Titanikdə işə başlayır, qəza isə  4 gün sonra baş verir.  Qəzadan sağ çıxan gənc qadın daha sonra yaşadıqlarını belə izah edir: “Gəmi iki saat içində ortadan bölündü. Həmin vaxt mən ilk iş olaraq  ingilis dilində bilməyən sərnişinləri göyərtəyə çağırdım. Onlara nə edəcəkləri ilə bağlı təlimat verirdim”. Vioelt daha sonra 16 nömrəli xilasedici qayığa minir. Bu məqamda ata-anası itkin düşən balaca bir uşağı gətirib onun qucağına qoyurlar. “Carpathia” adlı bir gəmi tərəfindən həmin qayıqdakı sərnişinlər xilas olunur. Elə gəminin göyərtəsində olarkən bir qadın Violetin qucağındakı uşağı götürür və sürətlə oradan ayrılır. Onsuz da soyuqdan donan Violet qadının təşəkkür belə etmədən uşağı götürməsinə çox da fikir vermir. Təqaüdə çıxdıqdan sonra bir axşam ona zəng gəlir. Zəng edən şəxs “Titanik” batarkən bir uşaq qurtarıb-qurtarmadığını soruşur. “Hə” cavabı aldıqdan sonra həmin uşağın özü olduğunu deyir. “Titanik”-dən dörd il sonra 1916-cı ildə Violet “Britannic” adlı gəmidə işə  başlayır. Bəxtsizlik onu burada da yaxalayır. Elə həmin il gəmi qəzaya uğrayır. 30-dan çox adamın öldüyü hadisədə Violet xilas ola bilir. Bu üç qəza onu dənizlərdən uzaqlaşdırmır. Müharibədən sonra daha bir neçə gəmidə işləyir. O, 1971-ci ildə 83 yaşında ürək çatışmazlığından olür. Violet Jossepin bu qəribə hekayəsinə Titanik filmində də rast gələ bilərsiniz. Əvvəldə arxa planda qalan Lucy adlı xarakter  gəmi batarkən ingiliscə bilməyən sərnişinlərə təlimat verir. Tamamilə realdakı kimi…  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır