"20 yanvarda doğulanlar" bədii-sənədli filmi - VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında çəkilmiş “20 yanvarda doğulanlar” bədii-sənədli filmi 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimizdən bəhs edir.
Filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır