Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ADDA-da akademik borcu olan tələbələr üçün yay semestri təşkil ediləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının akademik borcu olan tələbələri üçün 2022/2023-cü tədris ilində yay semestri təşkil ediləcək. Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçiriləcək.

Yay semestri akademik borcların ləğv edilməsi,  müvəffəq qiymət alınmış fənn üzrə qiymətin yüksəldilməsi, ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədilə 24.07.2023-cü il tarixindən 18.08.2023-cü il tarixinədək təşkil olunacaq.

Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti  1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində (21.08.2023-cü il və 24.08.2023-cü il tarixlərində) təşkil ediləcəkdir.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunacaq.

Müvafiq qaydaların tələblərinə uyğun imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənndən (fənlərdən) yay semestrində iştirak etmək hüququna malikdir.

Yay semestrinə ərizələrin qəbulu 19.06.2023-cü il tarixindən 30.06.2023-cü il tarixinədək aparılır.

Yay semestrinin dərsləri I-V günlər 14-00-dan əsas tədris korpusunda təşkil ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır