Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

ADDA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-texniki konfransı keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi-texniki konfransı keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Daha sonra ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov çıxış edərək bildirib ki, Heydər Əliyevin istər ölkəmizin dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanıb və ildən-ilə inkişaf etdirilib.

V. Sadıqov qeyd edib ki, Ulu öndər sovetlər dönəmində hakimiyyətə gəldikdən sonra Xəzərdə yükdaşımalarda canlanma baş verib. Məhz onun təkidi ilə o vaxtlar bir çox yeni tanker və quru yük gəmilər alınaraq Azərbaycana gətirilib.

Prorektor onu da vurğulayıb ki, 1995-ci ildə Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv olub. Həmçinin Ulu Öndərin tövsiyəsindən sonra 1996-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb: "Hazırda Akademiyanın diplomu beynəlxalq miqyasda tanınır. Bu, əlbəttə ki, Ulu öndərin zamanında həyata keçirdiyi uzaqgörən siyasətin bəhrəsidir. Sevindiricidir ki, onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dəniz nəqliyyatı sahəmiz durmadan inkişaf edir. Son illərdə ASCO donanmasının yenilənməsi, müasir gəmilərin tikilməsi və alınması bunun bariz sübutudur.

Daha sonra konfransın proqramına uyğun plenar iclasda ADDA PHŞ-nin Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov Ümummilli liderimizin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi və təbliğinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edib.

N.Hüseynov iştirakçıların diqqətinə çatdırıb ki, elmi-texniki konfransa ümumilikdə 7 bölmədə 134 məruzə təqdim olunub. Ən yaxşı məruzə materiallarının “Tezislər toplusu”nda çap edilməsi nəzərdə tutulur. 

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır