Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Almaniyanın hakimiyyət orqanları dünyanın ən qədim gəmiqayırma şirkətinə dəstək verəcəklər

Almaniya hökuməti maliyyə çətinlikləri ilə üzləşən “Meyer Werft” gəmiqayırma şirkətinə yardım göstərmək niyyətindədir. Kruiz gəmiləri şirkəti 229 illik tarixində ən pis böhranlardan biri ilə üzləşib.

Bu barədə “Seanews.az”  “Financial Times”a istinadən xəbər verir.

Almaniya kansleri Olaf Şolz keçən cümə axşamı Meyer Werft nümayəndələri ilə görüşdə deyib: "Biz hamımız tərsanənin davamlı fəaliyyət göstərməsini və bununla da bizdən asılı olan hər şeyi təmin etmək istəyirik".

Almaniya mediasının məlumatına görə,şirkət Almaniya hökumətinin bir müddət “Meyer Werft”-də pay almaqla şirkətin kapitalına 400 milyon avro “əlavə etməsi” fikri ilə razılaşıb.

“Meyer Werft” gəmiqayırma şirkətinə bu il yeni gəmilərin tikintisini maliyyələşdirmək üçün təxminən 2,8 milyard avro lazımdır.

Qeyd olunur ki, “Meyer Werft”-in müflisləşməsi fəlakətli nəticələrə gətirib çıxaracaq. Təkcə Papenburqdakı gəmiqayırma zavodunda təxminən 3,3 min nəfər çalışır, daha 10 min işçi “Meyer Werft” tədarükçüləri tərəfindən təmin edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır