Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

nizçilik sinifində təhsil alan ilk azərbayca

XIX əsrin sonunda Bakıda neftin sənaye üsulu ilə hasilatı artıb və bu iqtisadi amil Xəzərdə gəmiçiliyin sürətli inkişafına təkan verib. Qısa vaxt ərzində Bakıda böyük dəniz nəqliyyatı təsərrüfatı yaranıb. Xəzərdə mayedaşıyan gəmilər ildən-ilə artdıqca, dənizçi kadrlara tələbat da çoxalıb. Yaranan tələbatı ödəmək məqsədi ilə 1881-ci ildə Bakıda dənizçilik  sinifləri təşkil edilib. Burada əsasən iş təcrübəsi olan dənizçilər təhsil alıblar. Siniflər donanma üçün hər il 25-30 şturman (gəmi sürücüsü) və 15-17 şkiper (kapitan) hazırlayıb. Təhsil rus dilində olduğundan, siniflərdə  azərbaycanlılar azlıq təşkil edib. 1881-ci ildən 1902-ci ilədək  bu təhsil ocağını 945 mütəxəssis bitirib. Onlardan 136 nəfər milliyyətcə azərbaycanlı olub. İçərişəhərli Süleyman İsmayıl oğlu 1883-cü ildə sözügedən sinifləri bitirmiş ilk azərbaycanlı məzun olub. Gəmi sürücüsü ixtisası üzrə diplom almış Süleyman İsmayıl oğlunun özü İsmayılovlar (o dövrün sənədlərində İzmaylovlar yazılıb) – Süleymanovlar dənizçilər sülaləsinin təməlini qoyub. Həmin sülalənin nümayəndələri bu gün də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində ləyaqətlə çalışırlar. Sevda Abdullayeva,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır