Gəmiçilik şirkəti terminal sektorunda iştirakını genişləndirir
“Hapag-Lloyd AG” xətti gəmiçilik şirkəti Hindistanın “JM Baxi Ports & Logistics Limited” (“JMBPL”) şirkətinin “Bain Capital Private Equity”-nin törəmə müəssisəsindən 35% payını alacağı barədə icrası məcburi olan müqavilə imzalayıb.
“Seanews.az”-ın məlumatına görə, “Hapag-Lloyd AG” həmçinin “JMBPL” və onun təsisçiləri olan Kotak ailəsi ilə payın 40%-ə qədər artırılması imkanları üçün də razılıq əldə edib.
Qarşılıqlı razılaşmaya əsasən, müqavilənin dəyəri açıqlanmayıb.
Müqavilə antiinhisar orqanları tərəfindən təsdiqlənməlidir.
“JM Baxi Ports&Logistics Limited” şəxsi terminal daşımaları, logistika və daxili daşıma xidmətləri üzrə Hindistanın aparıcı təchizatçı şirkətidir. İşlənən konteynerlərin illik ümumi həcmi təxminən 1,6 milyon TEU-dur. “JMBPL” şirkətinin Nhava Şeva və Tuticorin limanlarında konteyner terminallarının istismarı üçün güzəşt hüququ var.
“Hapag-Lloyd” 2023-cü ilin strategiyasına uyğun olaraq terminal sektorunda iştirakını genişləndirir.