Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Yaponiyada “Fukusima-1” AES-in tullantı suları 3-cü dəfə okeana buraxılıb

Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasının (AES) tullantı sularının okeana buraxılmasının üçüncü mərhələsi başa çatıb.

APA xəbər verir ki, bu barədə Yaponiya Enerji Korporasiyası (Japan Energy Corporation) məlumat yayıb.

Məlumatda deyilir ki, stansiyanın reaktorlarının soyudulması üçün istifadə olunmuş, radioaktiv hissəciklərdən təmizlənmiş təxminən 7,8 min ton su bu mərhələdə okeana axıdılıb.

Stansiya sahillərində ölçmə aparılıb və dəniz suyunda tritiumun həddindən artıq miqdarı aşkar edilməyib.

Dördüncü mərhələnin 2024-cü ilin əvvəlində başlanması gözlənilir.

Xatırladaq ki, 2011-ci ilin martında sunami nəticəsində “Fukusima-1” AES-ə məxsus enerji və soyutma qurğuları zədələndi. Hadisə, üç reaktorda nüvə yanacağının əriməsinə, reaktorların gövdələrinin dağılmasına və böyük miqdarda radioaktiv maddələrin buraxılmasına səbəb oldu.

Hazırda stansiyaya aid olan və ətraf ərazilər demək olar ki, təmizlənib. AES ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar Yaponiya hökuməti tədricən təmizlənmiş suyu okeana buraxmaq qərarına gəlib.

Proses təqribən 30-40 il çəkəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır