Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

“Frontline” şirkəti “Euronav”-dakı səhmlərini satıb

“Frontline” şirkəti “Euronav”-dakı payının – 13,7 milyon səhmin “CMB”-yə satışını başa çatdırdığını bildirib.

Səhmlərin satışı “Frontline” şirkətinin “Euronav”-a məxsus 24 VLCC tankerdən ibarət donanmanı alması ilə bağlıdır.  “Euronav”-dakı səhmlərin satışı vasitəsilə, “Frontline” gəmilərin alınmasını maliyyələşdirir.

Satış qiyməti hər səhm üçün 18,43 dollardır (bütün paket üçün cəmi 252,49 milyon dollar). 2023-cü il noyabrın 22-də əməliyyat bağlandıqdan sonra “Frontline” və “Famatown”-un “Euronav”-da payı yoxdur.

“SeaNews”-in məlumatına görə, gəmilərin təhvil verilməsi ilə bağlı bütün razılaşmalar qüvvəyə minib. Gəmilər 2023-cü ilin dördüncü rübündə, poladda olanlar isə 2024-cü ilin birinci rübündə təhvil veriləcək.

Razılaşmanın bir hissəsi kimi, “Frontline”-ın “Euronav” ilə birləşməkdən imtina etməsindən sonra 2023-cü ilin yanvarında “Euronav” tərəfindən başladılan arbitraj prosesi heç bir kompensasiya ödənilmədən dayandırılır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır