Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

IMO Assambleyası baş katibin təyinatını təsdiqləyib

Beynəlxalq Dəniz Təşkilatının Assambleyası Arsenio Antonio Dominqes Velaskonun qurumun yeni baş katibi təyin edilməsi ilə bağlı IMO Şurasının qərarını təsdiqləyib.

“Seanews.az”-ın məlumatına görə, bu barədə qərar Assambleyanın noyabrın 30-da keçirilən 129-cu sessiyasında yekdilliklə qəbul edilib.

IMO-nun seçilmiş onuncu baş katibi olacaq A.A. Domínqes Velasko vəzifəsinin icrasına 2024-cü il yanvarın 1-dən başlayacaq və onun səlahiyyət müddəti 2027-ci il dekabrın 31-dək davam edəcək.

A.A. Domínqes Velasko 2017-ci ildən IMO-nun katibliyində işləyir və hazırda Dəniz Ətraf Mühit Şöbəsinə rəhbərlik edir. Bundan əvvəl, 2014-cü ildən 2017-ci ilə qədər o, Panamanın IMO-dakı nümayəndəsi olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır