Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

Çin gəmiləri Qırmızı dənizdən keçən marşrutlarda sığortaya qənaət edirlər

Çinə məxsus ticarət donanmalarına Qırmızı dənizi keçərkən sığorta haqlarında əhəmiyyətli endirimlər edilir. Bundan əlavə, Husilərin zəmanətləri Afrika ətrafında dövrə vurmamaqla pula qənaət etməyə imkan verir.

“Safety4Sea” portalı “Bloomberg”-ə istinadən xəbər verir ki, Yaxın Şərqdə baş verən hadisələr spesifik sığorta bazarının yaranmasına səbəb olub.

Bəzi Çinə bağlı gəmilər gəmi və avadanlıqların dəyərinin 0,35%-i həcmində, əksər gəmilər isə 0,5%-0,75% aralığında tranziti sığortalayır.  Bu, 100 milyon dollarlıq gəmini tranzit edərkən 150 000 – 400 000 dollara qənaət etməyə imkan verir.

Üstəlik, Çin daşıyıcıları Asiya və Avropa arasında daha təhlükəsiz qısa yoldan faydalanır. Bir çox gəmilər riskli Qırmızı dəniz marşrutundan yayınmağa, Afrika qitəsi ətrafında dövrə vurmağa məcbur olurlar. Husilər daha əvvəl Çin və Rusiya gəmilərinin təhlükəsizliyinə zəmanət verəcəklərini bildirmişdilər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır