ASCO-nun “General Əliağa Şıxlinski” kran gəmisində zəfər günü tədbiri keçirilib
ASCO-nun “General Əliağa Şıxlinski” kran gəmisində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə iştirakçılar şəhidlərimizin xatirəsini ehtiramla yad edib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Rəşadətli Azərbaycan Ordusunun qərəmanlıqları haqqında çıxışlar ediblər.
Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımıza sarılaraq Vətən müharibəsində əldə etdiyimiz qələbə, Şəhidlərimizin qanı bahasına qazandığımız müqəddəs Zəfər tariximizin qızıl səhifələrində əbədi qalacaq.
Zəfər Gününün əhəmiyyəti vurğulanaraq, ASCO-nun milli qürur və vətənpərvərlik ruhunu yüksək tutmaq istiqamətində gördüyü işlər təqdir olunub və ASCO rəhbərliyinin bayram təbriki heyətə çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır