Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Hedland limanından 472,3 milyon ton dəmir filizi ixrac edilib

2024-cü ilin yanvar-oktyabr aylarında Avstraliyanın Hedland limanında yük dövriyyəsi əvvəlki illə müqayisədə 4,3% artaraq 479,4 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, dövr ərzində limandan təxminən 472,3 milyon ton dəmir filizi ixrac edilib. Oktyabrda isə filiz ixracı 45,58 milyon ton təşkil edib.

Filiz əsasən Çinə göndərilib. Bundan əlavə, Vyetnam, İndoneziya, Tayvan, Yaponiya və Cənubi Koreyaya da yükaşırmalar həyata keçirilib.

Hedland limanı dəmir filizi ixracı üçün Avstraliyanın əsas yükaşırma mərkəzidir. Hedland limanının yük dövriyyəsi 2023-cü ildə 2% azalaraq 555,9 milyon tona düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır