Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Muuqa limanında mayeləşdirilmiş metan terminalı tikiləcək

Estoniyanın “AS Tallinna Sadam” (Tallin limanı) dövlət müəssisəsi və Estoniyanın “JetGas” şirkəti Muuqa limanı ərazisində mayeləşdirilmiş metan terminalının tikintisinə dair müqavilə imzalayıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə limanın mətbuat xidməti məlumat yayıb.

Müqavilə boru kəməri ilə yanalma xəttinə birləşdirilən LNG terminalının mərhələli tikintisini nəzərdə tutur.

Bir anbarının tikintisi ilə birinci mərhələnin başa çatdırılması 2027-ci ilin sonuna planlaşdırılır. Beş anbarın yerləşəcəyi bütün layihə 2030-cu ildən gec olmayaraq tamamlanmalıdır.

Terminal mayeləşdirilmiş təbii qaz (LNG), mayeləşdirilmiş bioqaz və sintez edilmiş, sonra isə mayeləşdirilmiş metanla işləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, “JetGas” Muuga limanında boş yer üçün yeni operatorlar tapmaq məqsədilə 2024-cü ilin yazında elan edilmiş müsabiqədə qalib gəlib. “JetGas” ilə 30 il müddətinə təxminən 7 min kvadratmetr sahədə tikinti hüququ ilə müqavilə bağlanıb. Şirkətin əsas fəaliyyəti LNG idxalı və Estoniya və digər Baltikyanı ölkələrin müştərilərinə təbii qazın satışıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır