Honkonq limanının konteyner dövriyyəsi 1,13 milyon TEU-ya düşüb
2025-ci ilin yanvarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azalaraq 1,13 milyon TEU-ya düşüb.
“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə 889 min TEU aşırılıb ki, bu da 8,9% az deməkdir.
Limanın digər terminalları ilə aşırmalar 15,8% azalaraq 245 min TEU təşkil edib.
Qeyd edək ki, Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Yük əməliyyatları üçün limana ildə 456 min gəmi yan alır. 2024-cü ildə limanda 13,7 milyon TEU konteyner aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır