Beybu Bay limanını Vyetnam və Hindistan limanları ilə birləşdirən xidmət işə salınıb
Çinin Asiyadaxili daşıyıcısı “Zhonggu Logistics” və milli konteyner xətti “Vietnam Maritime Corp” (“VIMC”) Beybu Bay limanını (Fangen, Sinçjou və Beihai limanları daxil olmaqla) Vyetnam və Hindistan limanları ilə birləşdirən xidmətə başlayıb.
“Seanews.az” xəbər verir ki, üç həftədən bir Sinçjou limanından çıxacaq gəmi Vyetnamın Hayfon və Hindistanın Kalküta limanlarına yan alacaq.
Keçən il Beybu körfəz limanının konteyner dövriyyəsi 9 milyon TEU təşkil edib. Bu il 10 milyon TEU aşıracağı gözlənilir.
2024-cü ildə Çin Vyetnamın ən böyük ticarət tərəfdaşı kimi mövqeyini möhkəmləndirib. Ticarət həcmi 200 milyard ABŞ dollarını ötüb. Vyetnam da öz növbəsində 26 il dalbadal Quansi əyalətinin ən böyük ticarət tərəfdaşıdır.
“Vietnam Maritime Corp” Hindistan ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır və bu il Çennay və Kattupalli limanlarına konteyner xidmətləri göstərməyi planlaşdırır.