Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

Türkmənistan Xəzəryanı ölkələrə birgə logistika mərkəzləri yaratmağı təklif edib

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xocamirat Geldimiradov Tehranda üçüncü Xəzər İqtisadi Forumunda çıxışı zamanı Rusiya, Azərbaycan, İran və Qazaxıstanın birgə logistika mərkəzləri və platformaları yaratmasını təklif edib.

Bu barədə “Turkmenportal” Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Baş Nazirin müavini, həmçinin Xəzər dənizinin şərq sahili boyunca İrana və daha sonra Hind okeanının dəniz limanlarına çıxışı olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihələrinin əhəmiyyətini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır