45 metr dərinlikdə zədələnən “Corner Brook” sualtı qayığı sınaqdan keçirilir
“Corner Brook” sualtı qayığı hazırda Vankuver adası rayonunda (Britaniya Kolumbiyası əyaləti) sınaqdan keçirilir.
Bu barədə “Seanews.az” “CTV” telekanalına istinadən xəbər verir.
Müdafiə Nazirliyindəki mənbənin telekanala verdiyi məlumata görə, sualtı qayıq Kanada Hərbi Dəniz Donanmasının döyüş növbəsi çəkən gəmilərinin sıralarına yayda qoşulacaq.
Qeyd edək ki, 2011-ci ilin iyununda Vankuver adasının qərb sahillərində sualtı manevrlər edərkən” Corner Brook” 45 metr dərinlikdə dibə toxunaraq ciddi mexaniki zədə alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır