Taylandda yanan turist gəmisindən 26 nəfər xilas edilib
Taylandda sahildən 25 km aralıda dənizdə yanan turist teploxodundan 26 nəfər xilas edilib.
“Seanews.az” “morvesti.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.
Hadisə şənbə günü səhər tezdən krallığın cənubundakı Phang Nqa əyalətində baş verib.
Gəminin göyərtəsində 10 heyət üzvü və açıq dənizdə suya dalmaq istəyən 16 turist olub. Aşağı və orta göyərtələri əhatə edən yanğın baş verəndə onlar xilasedici qayığa minərək yoldan keçən gəmi tərəfindən xilas ediliblər.
Gəmidə olanlardan heç kim xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, Phang Nga əyalətində suyun dərinliklərinə baş vurmaq istəyənləri 1984-cü ildə batan və 20 metr dərinlikdə yerləşən 60 metrlik “Boon Sung” texniki gəmisi cəlb edir.