Estoniya Hərbi Dəniz Qüvvələrinə Baltik dənizində şübhəli gəmiləri batırmaq hüququ verilib
Estoniyanın Müdafiə Qüvvələri haqqında qanuna hərbçilərə şübhəli mülki gəmiləri batırmağa icazə verən düzəlişlər respublika parlamenti tərəfindən qəbul edilib.
“Seanews.az” “Krasnaya Vesna” agentliyinə istinadən xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklər üzən vasitələrdən dənizdə həyati infrastruktura mümkün təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Bu dəyişikliklər hərbçilərə gəmiləri dayandırmağa və onları Estoniyanın ərazi sularını tərk etməyə məcbur etməyə, bu mümkün olmadıqda isə onları batırmağa imkan verir.
Xatırladaq ki, Estoniya hakimiyyəti sualtı kabellər və digər infrastruktur obyektləri üçün təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.
Daha əvvəl məlumat verildiyi kimi, Estoniya Hərbi Dəniz Qüvvələri Baltik dənizinin infrastrukturuna təhlükə yaradan gəmilərə qarşı beynəlxalq sularda olsa belə, tədbir görəcək.