Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-21,
Seanews
Heyder Eliyev

Yeni tanker 300 növ maye yüklər daşıya biləcək

Çinin “Jiangxi New Jiangzhou Shipbuilding Heavy Industry” (“NJZ”) gəmiqayırma zavodunda Niderlanddan olan gəmi sahibi üçün Niderland tərsanəsi ilə birgə inşa edilən kimyəvi tankerin suya buraxılması mərasimi keçirilib.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə Çinin “iMarine” nəşri məlumat yayıb.

Uzunluğu 135 metr olan və paslanmayan poladdan hazırlanmış ikiqat gövdəyə malik gəmi (zavod nömrəsi NJZ1122) kimyəvi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəmi 300 növ maye yüklər daşıya biləcək.

Tankerin əsas hissəsi, gövdəsi ilə bağlı bütün işlər Çinin “NJZ” tərsanəsində görüləcək, istismara verilməsi də daxil olmaqla qalan işlər Niderlandın “Mercurius Shipbuilding” tərsanəsində həyata keçiriləcək.

Paslanmayan poladdan inşa olunan bu kimyəvi tanker “NJZ” tərsanəsində avropalı sifarişçi üçün tikilən ilk gəmidir. Niderland gəmiqayırma zavodunun baş direktoru Robert-Yan Simmermanın sözlərinə görə, gəmi Avropanın daxili su yollarında istismar ediləcək.

Hazırda “NJZ” zavodunun həm Çin, həm də xarici bazarlar üçün 28 gəmi tikintisi sifarişi var. İnşa edilən 12 gəmidən 3-ü 2025-ci ilin aprelin sonuna qədər sifarişçilərə təhvil verməlidir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır