İtaliya Hərbi Dəniz Qüvvələri üçün tikiləcək yeni nəsil freqatların birincisinin polad kəsmə mərasimi keçirilib
Genuyada İtaliyanın “Fincantieri” gəmiqayırma şirkətinin “Riva Trigoso” tərsanəsində “FREMM EVO” layihəsinin iki yeni nəsil freqatından birincisi üçün polad kəsmə mərasimi keçirilib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, tikintiyə Silahlar üzrə Əməkdaşlıq Təşkilatı (“OCCAR”) və İtaliyanın “Fincantieri” və “Leonardo” şirkətlərinin birgə müəssisəsi “Orizzonte Sistemi Navali” (“OSN”) arasında bağlanmış müqavilə əsasında
başlanıb.
İki freqatın inşası 1,5 milyard avroya başa gələcək. Gəmilərin 2029 və 2030-cu illərdə İtaliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur.
“Military Review”-in məlumatına görə, freqat iki diapazonlu raket əleyhinə müdafiə radarı, modernləşdirilmiş elektron döyüş sistemləri, hidroakustika və raket silahları ilə təchiz olunacaq.
“Seanews.az”