Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” Çindən ABŞ-a dəniz daşımalarının 30%-ni ləğv edib

Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkətinin müştəriləri olan yükgöndərənlər, dünyanın iki ən böyük iqtisadiyyatı arasında tarif müharibəsinə görə, Çindən ABŞ-a təchizatın 30%-ni ləğv ediblər.

“Portnews.ru” “Reuters”-a istinadən xəbər verir ki, eyni zamanda Tayland, Kamboca və Vyetnamdan idxal olunan malların tədarükünə tələbat əhəmiyyətli dərəcədə artıb.

“Hapag-Lloyd”-un sözçüsü bildirib ki, gəmiçilik şirkəti bəzi hallarda səfərlərin sayını dəyişmədən ABŞ marşrutu üzrə daha kiçik gəmilərdən istifadə etməyə məcbur olub.

“Portnews.ru” daha əvvəl məlumat vermişdi ki, Almaniyanın nəqliyyat, logistika və gəmiçilik qrupu “Hapag-Lloyd”-un 2024-cü il üçün mənfəəti 601 milyon dollar azalaraq 2,6 milyard dollar olub. Azalma təxminən 19% təşkil edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır