Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-14,
Seanews
Heyder Eliyev

Təyyarədaşıyan gəminin əsaslı təmirinə 25 milyon funt sterlinq xərclənib

Britaniyanın "Prince of Wales" təyyarədaşıyan gəmisi Böyük Britaniyaya 25 milyon funt-sterlinqə başa gələn uzun təmirdən sonra doku tərk edib.

Bu barədə “RİA Novosti” “Times”-a istinadən xəbər verir.

2022-ci ilin oktyabrında təyyarədaşıyanın yanacaq şlanqında çat əmələ gəldi. Avqustun sonunda pərvanələrdən biri qırıldı, buna görə gəmi ABŞ-dakı təlimlərə gedə bilmədi və bir pərvanə ilə Portsmutdakı dəniz bazasına qayıtmaq məcburiyyətində qaldı.

Və 2020-ci ilin oktyabr ayında qeydiyyat limanı Portsmutda baş verən insident zamanı yanğınsöndürən su xətti qırıldı. Nəticədə maşın şəbəsinə minlərlə litr su daxil oldu.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Britaniya donanmasının ən böyük gəmisi dənizdə olduğundan daha çox, təmirdə olurdu.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır