Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Finlandiya və Estoniya sularında GNSS sistemində nasazlıqlar artır

Qlobal Naviqasiya Peyk Sistemlərində (GNSS) nasazlıqlar əhəmiyyətli dərəcədə artıb və bu, Finlandiya körfəzində üzən gəmilərin naviqasiyasına mənfi təsir göstərir.

"Seanews.az" xəbər verir ki, bu barədə Finlandiya Nəqliyyat və Kommunikasiya Agentliyindən (Traficom) bildirilib.

Məlumata görə, Finlandiya və Estoniya rəsmiləri dəniz nəqliyyatına təsir edən nasazlıqlar  barədə xəbərdar edib və bu vəziyyətə hazırlıq üçün birgə təlimat yayımlayıblar. Bu xəbərdarlıq hər iki ölkənin ərazi sularını və xüsusi iqtisadi zonalarını (XİZ) əhatə edir.

Körfəzdə üzən gəmilər GNSS fasilələri barədə avtomatik olaraq Elektron Naviqasiya Xəritəsi (ENC) vasitəsilə məlumatlandırılır. ENC, həmçinin fasilə hallarında necə hərəkət etmək barədə ümumi təlimat da təqdim edir.

“Dənizçiləri bu fnasazlıqlar barədə artıq bir ildən çoxdur ki, məlumatlandırırıq. Lakin fasilələrin intensivliyi artmaqda davam etdiyindən, biz və Estoniya dəniz idarələri gəmi heyətlərinə bu vəziyyətlə bağlı daha çox məlumat verməyin vacib olduğu qənaətinə gəldik,” – deyə Traficom-un Dənizçilik direktoru Sanna Sonninen bildirib.

Finlandiya və Estoniya GNSS pozuntuları ilə bağlı məlumatı Beynəlxalq Dəniz Təşkilatına (IMO) da təqdim edəcəklər. Bildirilir ki, IMO bu məlumatı özünün 176 üzv dövlətinə göndərəcək.

GNSS-də fasilələr gəmilərin təhlükəsiz və dəqiq naviqasiyasını çətinləşdirir. Bu da qəza riskini, o cümlədən ətraf mühitə ciddi zərər vurmaq ehtimalını artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır