Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

"LNG Canada" terminalı ilk yükünü dünya bazarına göndərib

Kanadanın ilk genişmiqyaslı mayeləşdirilmiş təbii qaz (LNG) ixrac terminalı olan “LNG Canada” ilk LNG yükünü qlobal bazarlara göndərərək rəsmi fəaliyyətə başlayıb.

“Seanews.az” xəbər verir ki, ilkin mərhələdə burada iki texnoloji xətt (train) üzrə illik 14 milyon ton LNG ixrac ediləcək.

Terminal uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş strateji obyekt hesab olunur.

“LNG Canada” və onun tərəfdaşları gələcəkdə ikinci mərhələni də həyata keçirməyi planlaşdırırlar. Bu, əlavə iki LNG xəttinin tikintisini nəzərdə tutur və ümumi illik ixrac gücünün 28 milyon tona çatdırılması ilə nəticələnə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır