Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Alternativ yanacaqla işləyən gəmilər üzrə sifarişlər sürətlə artır

2025-ci ildə yeni gəmi tikintisi bazarında ümumi yavaşlama müşahidə olunsa da, alternativ yanacaqla işləyən gəmilərə sifarişlər artmaqda davam edir. İlin ilk altı ayında alternativ yanacaqla işləyən gəmilər üzrə sifarişlərin ümumi tonnajı 19,8 milyon brutto ton təşkil edib. Bu da 2024-cü illə müqayisədə 78% artım deməkdir.

"Seanews.az" xəbər verir ki, DNV-nin "Alternative Fuels Insight" (AFI) platforması bu barədə məlumat yayıb.

İlin birinci yarısında 151 alternativ yanacaqla işləyən gəmi sifariş olunub. Bu göstərici 2024-cü ilin eyni dövründə qeydə alınan 179 sifarişlə müqayisədə bir qədər az olsa da, sifariş edilən gəmilərin tonnajında ciddi artım baş verib. Bu artım əsasən konteyner seqmentindəki aktivliklə izah olunur, lakin balker (quru yük), tanker və RoPax (sərnişin və avtomobil daşıyan) seqmentlərində də əhəmiyyətli sifarişlər qeydə alınıb.

2025-ci ildə alternativ yanacaqlar arasında mayeləşdirilmiş təbii qaz (LNG) yenə də əsas seçim olub. Bu dövrdə 87 LNG ilə işləyən gəmi sifariş edilib ki, onların ümumi tonnajı 14,2 milyon brutto tondur. 

Metanola da maraq artıb. İl ərzində 40 sifarişlə 4,6 milyon brutto tonnaj qeydə alınıb.

Amonyak və hidrogen kimi alternativ yanacaq növləri hələ də nisbətən məhdud istifadədədir, lakin bu sahələrdə də fəaliyyət davam edir və uzunmüddətli potensiala inamın olduğunu göstərir. Hesabat dövründə əsasən tanker və ümumi yük seqmentində 3 amonyakla işləyən gəmi (37 min brutto ton) sifariş edilib. Hidrogenlə işləyən 4 gəmi də sifariş siyahısına daxil olub.

2025-ci ilin ilk yarısında 13 LNG bunker gəmisi sifariş olunub. Hazırda dünya üzrə bu tip 62 gəmi fəaliyyət göstərir. Fevral ayı bu seqmentdə 8 sifarişlə ən fəal dövr kimi yadda qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır