Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Pakistan üçün 8 sualtı qayıq tikiləcək

Kəraçi Gəmiqayırma Zavodunda (“Karachi Shipyard and Engineering Works”) Pakistan Hərbi Dəniz Qüvvələri üçün ikinci “Hangor” sinifli dizel-elektrik sualtı qayığın (Tip-039B) təməlqoyma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, ümumilikdə, Pakistan və Çin arasında razılaşma seriyalı 8 sualtı qayığın tikintisini nəzərdə tutur ki, onlardan dördü Çindəki “Wuchang Shipbuilding Industry Group” (“WSIG”) tərsanəsi, qalan dördü isə Pakistandakı “KS&EW” şirkəti tərəfindən tikilməlidir.

“Hangor” sinifli sualtı qayıqlar müxtəlif missiyaları yerinə yetirə və geniş diapazonlu təhdidlərdə uzaq məsafədən hədəfləri vurmağa qadirdir.

Bu, “039A/041” tipi “Yuan” sinifli dizel-elektrik sualtı qayığının ixrac versiyasıdır.

“Hangor” sinifli dizel-elektrik sualtı qayığın uzunluğu 76 metr, eni 8,4 metr və yükgötürmə qabiliyyəti 2800 tondur. Pakistan Hərbi Dəniz Qüvvələri sualtı qayıqların digər keyfiyyətləri haqqında məlumatı açıqlamır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır