Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

Avstraliyada özəl sualtı yaxta tikməyə hazırlaşırlar

Avstraliyanın “Migaloo” şirkəti 250 metr dərinliyə enə və dörd həftəyə qədər su altında qala biləcək “Migaloo M5” sinifli özəl sualtı yaxta layihəsini təqdim edib.

“Seanews.az” xəbər verir ki, sualtı gəmi Avstraliyanın şərq sahillərində tapılan nadir albinos balinasına oxşayır (şirkət onun adını daşıyır). Uzunluğu 165,8 metr, eni 23 metr olacaq gəminin üzmə məsafəsi təqribən 15.000 kilometr, sürəti suyun səthində 20, suyun altında isə 12 düyün təşkil edəcək.

"Sifarişçinin tələbləri indi həmişəkindən daha mürəkkəbdir və ənənəlikdən kənara çıxır. Sahiblər özlərini qorumaq, özlərinin və qonaqlarının rahatlığı təmin etmək istəyirlər", - deyə şirkətin baş direktor və baş dizayneri Kristian Qampold bildirib.

Sualtı yaxta hava nəqliyyatı üçün platforma ilə təchiz olunub. “myDecor”-in məlumatına görə, helikopterlərin, dronların və isti hava balonlarının saxlanması üçün davamlı korpusdan hazırlanmış xüsusi anqarla təmin edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır