Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Saxalin sahillərində ilişib qalan yedək gəmisini saydan çıxarmağa başlayıblar

Uqleqorsk vilayətinin sahillərində ilişib qalan “Şaxtersk-1” yedək gəmisinin saydan çıxarılmasına cəhd edilir. Xilasetmə əməliyyatının birinci mərhələsi bu həftə başlayıb və işlərə vilayətin meri Dmitri  Sukanov nəzarət edir.

“Seanews.az”  xəbər verir ki,  sözügedən dəniz yedək gəmisi 2021-ci il dekabrın 30-da saat 11:50-də Şaxtersk limanına yaxınlaşarkən sahildən 40 metr aralıda saya oturub.

Əlverişsiz hava şəraiti səbəbindən uzun müddət xilasetmə işlərinə başlaya bilməyiblər.

Hər şey plana uyğun getsə və hava yaxşı olsa, gəmini 2-3 günə  saydan çıxarmaq mümkün olacaq. “Şaxtersk-1” gəmisinin batmaq riski yoxdursa, o, bir və ya iki yedəklə qaldırılaraq təhlükəsiz yerə aparılacaq.

Havaların pisləşəcəyi təqdirdə mütəxəssislər yenidən gözləməli olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır