Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Multimodal yükdaşımaların rəqəmsal transformasiyası üçün vahid platforma yaradılır

Riqa Sərbəst Liman İdarəsi Latviyada multimodal yükdaşımaların rəqəmsal transformasiyası üçün vahid platforma yaradacaq.

“Seanews.az”ın məlumatına görə,  hər il Latviyanın logistik şəbəkəsi Latviya limanlarında qəbul edilən və onlardan avtomobil, dəniz və dəmir yolu ilə göndərilən 40 milyon tondan çox müxtəlif növ yükləri idarə edir. Beynəlxalq və ölkədaxili yüklərin logistikasında təkcə yükgöndərənlər və qəbul edənlər deyil, həm də daşıyıcılar, stivdorlar, liman idarələri və nəzarət xidmətləri – Dövlət Gömrük İdarəsi, Dövlət Sərhəd Xidməti, Qida və Baytarlıq Xidməti və s. iştirak edir. Buna görə, bütün iştirakçı tərəflər arasında razılaşdırılması zəruri olan çoxlu sayda sənədlər yaradılır.

Yük sənədlərinin və məlumat dövriyyəsinin rəqəmsallaşdırılmasını asanlaşdırmaq, habelə liman və logistika proseslərinin avtomatlaşdırılmasının inkişafı məqsədilə Riqa Sərbəst Limanı administrasiyasının rəhbərliyi altında, o cümlədən milli əhəmiyyətli mövcud informasiya sistemləri ilə məlumat mübadiləsi də daxil olmaqla, multimodal dəniz və quru yük daşımaları üçün inteqrasiya olunmuş ümumi platforma yaradılır.  

Dəyəri 3,2 milyon avro olan layihənin həyata keçirilməsi multimodal yük dövriyyəsinin sürətini əhəmiyyətli dərəcədə artıracaq, inzibati yükü və ətraf mühitə təsiri azaldacaq.

 “Biz Baltikyanı regionda rəqəmsal texnologiyaların tətbiqində lider olmağa çalışırıq. Son illərdə Riqa limanlarının müəssisələri fəal şəkildə inkişaf edir və yaşıl enerji, ağıllı texnologiyalar və İT layihələrinə sərmayə qoyurlar. Biz limanı multimodal nəqliyyat qovşağına çevirən və məlumatın real yükdən daha sürətli hərəkətinə imkan verən bir sıra informasiya sistemlərini inteqrasiya etməklə “ağıllı liman” prinsiplərini gündəlik həyatda getdikcə daha çox tətbiq etmək üçün liman proseslərinin rəqəmsal transformasiyası üzərində işləyirik. Limanın rəqəmsallaşdırılması nəinki limanın və liman şirkətləri klasterinin işini tənzimləməyə, onların regionun logistik oyunçuları arasında mövqelərini möhkəmləndirməyə, həm də bu sahədə şəhər nəqliyyatı və digər infrastrukturla bağlı yeni həllərin hazırlanması üçün məlumatların bir hissəsini təmin etməyə imkan verir,– deyə Riqa Sərbəst Limanı İdarə Heyətinin sədri Zeps Viesturs bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır