Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

İki xətdə gəmilər birgə istismar ediləcək

“CMA CGM” qrupu daxilində Asiyadaxili marşrutlar üzrə fider xidmətlərin operatoru olan “CNC” şirkəti iki xətdə “COSCO” ilə gəmilərdən birgə istifadə barədə saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“KCS” xidmətində “CNC” şirkəti hazırda 6-7 min TEU tutumu olan dörd gəmini idarə edir. İlin sonunda onlara daha üç “COSCO” konteyner gəmisi əlavə olunacaq.

Xidmət marşrutuna Sinqan, Dalyan, Lyanyunqan, Sindao, Sinqapur, Cakarta, Surabaya və Manila limanlarına yanalma daxildir.

“CNC” şirkətinin hazırda “China 1” xidmətində istismar olunan üç 6000 tonluq gəmisinə dekabrın sonunda bir “COSCO” konteyner gəmisi də qoşula bilər.

Bu xətdə gəmilər Şanxay - Ninbo - Suançjou - Şantou - Sekou - Nanşa - Cakarta - Surabaya - Davao – Şanxay ardıcıllığı ilə limanlara yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır