Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

“Asyad Shipping” Omanın gəmiçilik və enerji tarixində ilk müstəqil logistika əməliyyatı həyata keçirib

Omanın “Asyad Shipping” (“Asyad” şirkətlər qrupuna daxildir) gəmiçilik şirkəti  özünün VLCC tipli  “Saiq” tankerində xam neft qarışığının bir partiyasını Mina əl-Fahal limanından Ras Markaza daşıyıb.

“Seanews.az” xəbər verir ki, neft Duqm şəhərinində yerləşən neft emalı zavoduna çatdırılıb.

Qeyd olunur ki, bu, ölkənin gəmiçilik və enerji sektoru tarixində Oman şirkətləri tərəfindən həyata keçirilən ilk müstəqil logistik əməliyyatdır.

“Asyad Shipping” ümumi dedveyti 9 milyon tondan çox olan 83 müxtəlif tipli gəmidən ibarət donanmaya sahibdir və onu idarə edir. Şirkət Omanda dəniz yüklərinin ən böyük daşıyıcılarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır