Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Los-Anceles limanı ildə 190 milyon ton yük aşıra bilər

ABŞ-nin Los-Anceles limanının terminallarında 2024-cü ilin yanvar-mart aylarında 2,38 milyon TEU idxal, ixrac və boş konteynerlər aşırılıb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

“Seanews.az” bu barədə liman administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu, pandemiya ilə əlaqədar 2021-2022-ci illərdə idxalın artımından sonra ikinci üç ayda ən yaxşı nəticələrdən biridir. Yük dövriyyəsindəki artım ardıcıl səkkizinci aydır ki, davam edir.

Bu ilin mart ayında limanın konteyner dövriyyəsi 743,4 min TEU (+19%), o cümlədən 379,5 min TEU yüklənmiş idxal konteynerləri (+19%) və 144,7 min TEU yüklənmiş ixrac konteynerləri (+47%) təşkil edib və 2020-ci ilin yanvar ayından bəri ixrac konteyner seqmentində ən yaxşı nəticədir. Boş konteynerlərin işlənməsi 219,16 min TEU olub ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 7% çoxdur.

Los-Anceles limanının icraçı direktoru Cin Seroka yük axınında artımın ilin ikinci rübündə də davam edəcəyini bildirib.

Qeyd edək ki, San Pedro körfəzində, Los-Ancelesin mərkəzindən 20 mil məsafədə yerləşən Los-Anceles limanı ABŞ-ın böyük dəniz limanıdır. İldə 190 milyon tona qədər yükü aşıra bilər.  2023-cü ildə Los-Anceles limanında konteyner daşıma qabiliyyəti əvvəlki illə müqayisədə 13% azalaraq 8,6 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır