Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Liepaya limanının yük dövriyyəsi 6,6% azalıb

2023-cü ilin yanvar-noyabr aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq 6,52 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, taxıl aşırılması 2,6% azalaraq 3 milyon tona, neft məhsullarının işlənməsi 12,9 faiz % azalaraq 240,4 min tona düşüb.

Limanın konteyner dövriyyəsi 3,29 min olub, başqa sözlə,  71% azalıb.

Hesabat dövründə liman vasitəsilə daşınan sərnişinlərin sayı 7% artaraq 87 886 nəfərə çatıb.

Liepaya limanına 1284 gəmi yan alıb ki, bu da nəzərdə tutulduğundan 13% az deməkdir.

Liepaya limanı 1990-cı illərdə SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2022-ci ildə limanda 7,6 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır