Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçilik qrupu Süveyş kanalından tranzit keçən gəmilərin sayını artırmaq planları üzərində işləyir

Fransanın “CMA CGM” gəmiçilik qrupu müxtəlif konteyner xətlərinə xidmət göstərən bəzi gəmilərinin marşrutunu dəyişdirmək qərarına gəlib: 13 gəmi şimala və 15 gəmi cənuba doğru gedir.

“Seanews.az” xəbər verir ki, şirkət açıqlamasında son bir neçə gün ərzində Qırmızı dənizdən keçid riskləri səbəbindən heyətlərin, gəmilərin və yüklərin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər gördüyünə aydınlıq gətirib.

“Biz indi Süveyş kanalından keçən gəmilərin sayını tədricən artırmaq planları üzərində işləyirik. Biz vəziyyəti daim izləyirik və zərurət yarandıqda planlarımızı tez bir zamanda nəzərdən keçirməyə və düzəliş etməyə hazırıq”, - şirkət press-relizdə bildirib.

Bir sıra “CMA CGM” gəmiləri artıq daha qısa yol tutub.

Xatırladaq ki, daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Qırmızı dəniz və Ədən körfəzi bölgəsində naviqasiya təhlükəsizliyini təmin etmək üçün “Operation Prosperity Guardian” (“OPG”) əməliyyatına başladığı açıqlanmışdı. Əməliyyata Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, Seyşel adaları və İspaniya qoşulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır