Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə konteyner daşımaları 9 dəfə bahalaşıb

Bölgədəki gərginlik fonunda Qırmızı dəniz limanlarına gəmilərlə yükdaşıma xərcləri artıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabia açıqlama verib.

“Qırmızı dəniz limanlarına gedən gəmilərin yükdaşıma qiymətləri bir konteyner üçün 6,8 min dollara yüksəlib, halbuki böhrandan əvvəl 750 dollar idi”, - deyə Usamə Rabia bildirib.

Süveyş kanalı ilə konteyner daşımaları 9 dəfə bahalaşıb.

Xatırladaq ki, Süveyş kanalından keçən dəniz yüklərinin həcminin 60%-dən çoxu Qırmızı dənizdəki gərginliyə görə, hazırda Afrikanın cənubundan keçir.

Daha əvvəl bildirildiyi kimi, Süveyş kanalı ilə yükdaşıma “Ever Given” konteyner gəmisinin 2021-ci ildə kanalı bağlamasından bəri ən aşağı səviyyəyə düşüb.

Daşımanın azalması Afrika sahillərində, xüsusən də Qırmızı dənizdə gəmilərə hücumların artması fonunda baş verir. Bu, daşıyıcıları Ümid burnu ətrafında daha uzun, lakin daha təhlükəsiz marşrut seçməyə məcbur edir.

Onu da xatırladaq ki, Qırmızı dənizdə ticarət gəmilərinə edilən son hücumlar dəniz yüklərinin daşınması tariflərini artırıb. Böyük şirkətlər Afrika qitəsi ətrafında marşrutdan istifadə edərək daşıma sxemlərini dəyişdilər. Bu, Asiyadan Avropaya çatdırılma müddətinin 7 gündən 20 günə qədər artmasına, həmçinin qiymətlərin bahalaşmasına səbəb olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır