Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Ötən il daşıma baxımından ən tez böyüyən konteyner xətti məlum olub

2023-cü ildə daşıma baxımından ən tez böyüyən konteyner xətti Almaniyanın “Lidl” supermarketlər şəbəkəsinə məxsus “Tailwind Shipping Lines” olub. Ötən ilin iyul ayından onun daşıma qabiliyyəti 43% artıb.

“Seanews.az” bu barədə “Linerlytica”-in hesabatına istinadən xəbər verir.

Bildirilir ki, bir çox pərakəndə satıcılar pandemiyadan sonra gəmilərin icarəsindən imtina etdilər, lakin “Tailwind Shipping Lines” həcmi və tonajı artırdı.

“Tailwind Shipping Lines”  iki il əvvəl təsis edilib. Daşıyıcı hazırda iri konteyner xətlərinin reytinqində 38-ci yeri tutur: onun donanması ümumi tutumu 40 min TEU olan 15 konteyner gəmisindən ibarətdir, sifarişlər kitabına isə iki gəmi daxildir.

Bundan əlavə, “Tailwind” bu yaxınlarda ümumi tutumu 13,2 min TEU olan bir neçə konteyner gəmisini icarəyə götürüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır