Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb

2024-cü ilin yanvar-fevral aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 2,19 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 4,1% artaraq 1,7 milyon TEU-ya çatıb.

Hesabat dövründə digər terminallarla 485 min TEU aşırılıb ki, bu da 0,9% az deməkdir.

Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Ötürmə qabiliyyəti ildə 456 min gəmi olan limanın konteyner dövriyyəsi 2023-cü ildə 14% azalaraq 14,3 milyon TEU-ya düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır