Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-16,
Seanews
Heyder Eliyev

Hyuston limanında yanvar ayında rekord sayda konteyner yükləri aşırılıb

ABŞ-nin Hyuston limanı 2025-ci ilin yanvar ayında 356,407 TEU aşırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu, Hyuston limanında konteyner yüklərinin aşırılması tarixində yanvar ayı ərzində rekord göstəricidir.

Yüklənmiş idxal konteynerlərinin aşırılması ötən ilin göstəricisi ilə müqayisədə 10% artıb, yüklənmiş ixrac konteynerlərinin aşırılması isə 1% azalıb.

2025-ci ilin yanvar ayında Hyuston limanında ümumi yük aşırılması illik müqayisədə 2% artaraq 4,271,573 milyon tona çatıb.

Hyuston limanının baş direktoru Çarli Cenkinsin sözlərinə görə, Bayport konteyner terminalının 7 nömrəli yanalma körpüsündə tikinti işlərinin 2026-cı ildə, 1 nömrəli yanalma körpüsündə isə 2027-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Hyuston limanı administrasiyası 100 ildən artıqdır ki, Hyuston Gəmi Kanalı boyunca estakadalara və terminallara, o cümlədən ərazinin ən böyük aşırma qurğusu və iki konteyner terminalına sahibdir və onları idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır